
Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat yayıb.
Onun sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 3419-a çatıb. Yaralıların sayı isə 20 534-ə yüksəlib.
10:51
Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 3 381-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə AFAD rəsmisi Orhan Tatar bildirib.
Onun sözlərinə görə, yaralıların sayı 20 426-ya yüksəlib.
09:09
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.
Gununsesi.info-nun xəbərinə görə, zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.
Yeraltı təkanlar 6 217 binanı dağıdıb.
7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.
Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.
Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib.
Gununsesi.info