
Türkiyədə növbəti dəfə güclü zəlzələ baş verib.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Sivas vilayətinin Gölova rayonunda Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ olub.
Boğaziçi Universiteti Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun açıqlamasına görə, zəlzələ yerli vaxtla saat 01:52-də, yerin10 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkanların Ərzincan vilayətinin Refahiye rayonunda da hiss olunduğu bildirilir. Dağıntı və zərərçəkən yoxdur.
Anar
Gununsesi.info