Türkiyədə zəlzələdə daha beş idmançının ölüm xəbəri gəldi - VİDEO/FOTO

Türkiyədə 7,7 bal gücündə baş verən zəlzələdə daha beş idmançının həlak olduğu öyrənilib.

Gununsesi.info bildirir ki, bu barədə ölkənin Güləş Federasiyası xəbər yayıb.

HTML tutorial

Həlak olan güləşçilərin adları açıqlanıb: Eray Şimşek, Halil İbrahim Edirnə, Hasan Sarıtürk, Ozan Datlı və Ahmet Durman.

Qeyd edək ki, bundan əvvəl Kahramanmaraşda idmançıların qaldıqları binanın dağıntıları altından səkkiz  güləşçinin xilas edildiyi bildirilmişdi. Onlardan əlavə, dörd güləşçinin cəsədi çıxarılmışdı.