
Dağıdıcı zəlzələdən sonra Türkiyənin cənub-şərq bölgələrinin sakinlərindən stress və dəri xəstəlikləri ilə bağlı şikayətlər aktiv şəkildə gəlməyə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Xüsusilə stress ekzeması ilə bağlı şikayətlər artıb. Stresslə əlaqəli ekzemanın bu növü dəridə qaşınma nəticəsində yaranan dəri xəstəliyi kimi tanınır. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən stress ekzeması zamanla ciddi fəsad yarada bilər.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib.
Gununsesi.info