Türkiyədə zəlzələnin yeni dəhşətli görüntüləri: Suyun altında yer yarılıb - VİDEO

Türkiyənin Hatay vilayətində baş verən zəlzələ suyun altında da böyük dağıntılar əmələ gətirib. Bu dağıntılar sualtı sənədli filmin prodüseri və quruluşçu rejissoru Tahsin Ceylan və komandası tərəfindən lentə alınıb.

Suyun altındakı parçalanmalar görənləri dəhşətə gətirib.

HTML tutorial

Tahsin Ceylan və komandası sahil zolağında bir çox sahədən qopmuş qaya parçalarını aşkarlayıb. Onlar zəlzələlər zamanı dağılan “Arsuz” hotelinin sahilindəki çay yatağında qırılma xəttinin əmələ gətirdiyi parçalanmaları da görüntüləyib.

Gununsesi.info