Türkiyənin Kocaeli vilayətinin Dilovası mahalında yerləşən metal fabrikində güclü partlayış baş verib.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə yerinə xeyli sayda polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb edili.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Partlayışın baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.
Anar
Gununsesi.info