Türkiyədən TARİXİ SƏNƏD: Siyasi partiyalar ABŞ-ın sanksiyalarını pisləyən birgə bəyanat yaydı

  • By admin
  • 15 Dekabr 2020 18:27

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkilləri S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqini pisləyən birgə bəyanat yayıb.

Gununsesi.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, Türkiyə bu məsələdə geri addım atmayacaq.

“ABŞ administrasiyasının 14 dekabr 2020-ci il tarixində Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqini rədd edirik”, – deyə bəyanatda qeyd olunub.

Gununsesi.org