Türkiyədəki 45 azərbaycanlı həkim hərbçilərə tibbi yardım üçün Vətənə gəldi

  • By admin
  • 11 Oktyabr 2020 11:53

Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TƏBİB-in dəstəyi ilə Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.

Gununsesi.info-nun məlumatına görə, azərbaycanlı həkim heyəti Ankaranın Esenboğa Hava Limanından yola salınıblar.

HTML tutorial

Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkimlərin və Türkiyədəki həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilib.

Gununsesi.info