Türkiyədəki hadisələrlə bağlı mətbuat konfransı keçiriləcək

  • By admin
  • 20 İyul 2016 09:25

sefir

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun mətbuat konfransı keçirəcək. Gununsesi.info xəbər verir ki, mətbuat konfransı iyulun 15-də Türkiyədə baş verən dövlət çevirilişi cəhdi və ondan sonra baş verənlərə həsr ediləcək.

Tədbir səfirliyin inzibati binasında olacaq və səfir İsmayil Alper Cşqun Türkiyədəki hadisələrlə bağlı azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq.

Mətbuat konfransın sabah keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Fətullah Gülənin tərəfdarları (FETO – Fətullahçı terror təşkilatı) Türkiyədə dövlət çevrilişə cəhd ediblər, lakin bu cəhdin qarşısı alınıb, qiyamda iştirak edən şəxlər həbs olunub.

 

Mürtəza