Türkiyədə Hakkari və Şirnak vilayətlərinin adı ləğv edilir.
Gununsesi.info “Hurriyet”-ə istinadən xəbər verir ki, Hakkarinin adı dəyişdirilərək Çölemerik, Şırnakın adı isə dəyişdirilərək Nuh qoyulacaq. Bunun əvəzində Cizrə və Yüksekova vilayət olacaq. Bununla bağlı sənəd artıq Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Qeyd edək ki, Hakkarinin kürdcə adı Colemerğdən gələn Çölemerikdir. Şırnakın köhn adı isə Nuh olub. Mənası Şehri-Nuh deməkdir.
Gununsesi.info