Türkiyədəki qiyama görə 50 min 510 nəfər həbs olunub

  • By admin
  • 13 İyul 2017 15:00

13

İyulun 13-də Türkiyə Ədliyyə Nazirliyi 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hesabat açıqlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 iyul 2016-cı ildən bu yana çevriliş cəhdi ilə bağlı 169 min 113 nəfər istintaqa cəlb olunub.

Belə ki, istintaqa cəlb olunanların bir qismi, yəni 43 min 404 nəfər sərbəst buraxılıb.

169-u general olmaqla, ümumilikdə 50 min 510 nəfər həbs olunub. Hazırda 152-si əsğər olamaqla, 8 min 87 nəfər isə axtarışdadır.

Anar

Gununsesi.info