Türkiyədəki səfirimiz Rəsulzadənin məzarını ziyarət etdi - FOTOLAR

  • By admin
  • 31 Yanvar 2022 14:01

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, Azərbaycanda milli istiqlal fikirlərinin yayılmasına əhəmiyyətli töhfə vermiş Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

Bu barədə məlumatı səfir “Twitter” hesabında paylaşıb.

Qeyd olunub ki, ziyarət M. Ə. Rəsulzadənin anadan olmasının 138-ci ildönümü günü baş tutub.

Səfir Rəşad Məmmədov Rəsulzadənin məzarını ziyarət edib - FOTO Səfir Rəşad Məmmədov Rəsulzadənin məzarını ziyarət edib - FOTO

Gununsesi.info