“Türkiyədəki zəlzələ qeyri-adidir” – Daha bir dünyaca tanınmış mütəxəssis düşüncələrini söylədi

  • By arzu
  • 11 Fevral 2023 16:27

Cənubi Afrikadan olan dünyaca tanınmış seysmoloq Professor, Doktor Raymond Durrheym Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşanan dəhşətli zəlzələ ilə bağlı düşüncələrini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Vitevatersrand Universitetinin Yer Elmi Fakültəsinin Tədris Üzvü Professor Raymond Türkiyədə yaşanan zəlzələlərin çox qeyri-adi olduğunu söyləyib. Alim zəlzələnin bir-birlərinə yaxın bölgələrdə olmasını və qısa zaman kəsiyində yaşanmasının bənzərsi olduğunu bildirib.

HTML tutorial

Professor seysmoloq zəlzələ barədə bunları vurğulayıb:

“Burada şimala doğru hərəkət edən Afrika lövhəsinin ərəb lövhəsinə çırılaraq onu Avrasiya lövhəsinə itələdiyini gördük. Bunun nəticəsinsə, Anadolu lövhəsi sıxışaraq Qərbə – Aralıq dənizinə doğru sürüşmüş oldu”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info