Türkiyədən 5 milyon dollarlıq dondurma aldıq

  • By admin
  • 30 Avqust 2017 17:48
59a6bdc08d92f_maxresdefault
Azərbaycan Türkiyədən aldığı dondurmanın miqdarı bilindi.

Gununsesi.info Türkiyə Statistika Komitəsinə istinadən əldə etdiyi məlumata görə,  2012-ci ilin yanvar ayından 2017-ci ilin ötən dövrü ərzinə qədər Türkiyə 68 ölkə və 4 sərbəst bölgəyə 88 min 366 ton dondurma satıb.
Xaricdə satılan dondurmanın ixrac kiloqramının miqdarı 2,3 dollar qiymətləndirilir.
Sözügedən müddətdə Türkiyə 5 milyon 59 min dollarlıq dondurma satıb.

Gununsesi.info