Türkiyədən AB-yə Yunanıstanla bağlı - Xəbərdarlıq

  • By admin
  • 06 İyun 2018 23:23

Avropa Birliyinin Egey dənizi problemləri kontekstində Yunanıstanın siyasi aləti olmaması istiqamətindəki xəbərdarlığımızı təkrarlayırıq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Prezidenti Prokopis Pavlopoulosun Egey dənizindəki problemlərlə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Aksoy Yunanıstan prezidentinin sözlərinin heç bir hüquqi əsası olmadığını, AB-yə də məsələ ilə bağlı Türkiyənin mövqeyinin çatdırıldığını söyləyib.