Türkiyədən acı xəbər - 1 ŞƏHİD, 3 YARALI

  • By admin
  • 02 İyul 2017 12:14

sehit-cenazesi-880

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terroristləri Şırnak şəhərinin Uludərə əyalətində əməliyyat keçirən təhlükəsizlik qüvvələrinə atəş açıb. Nəticədə təhlükəsizlik əməkdaşlarından biri şəhid olub, üçü isə yaralanıb.

Yaralılar hadisə yerinə gələn helikopter vasitəsilə xəstəxanaya çatdırılıb. Bölgədə gərginliyin davam etdiyi bildirilir.

Yaralıların hazırda Şırnak Dövlət Xəstəxanasında müalicə aldığı açıqlanıb.

Şırnak və Mardində terror təşkilatına qarşı aparılan mübarizə nəticəsində isə 1 terrorist əsir götürülüb, 6-sı isə zərərsizləşdirilib.

Gununsesi.info