Türkiyədən Azərbaycana psixotrop maddələr gətirən qadınların məhkəməsi başlayıb

  • By admin
  • 24 Aprel 2017 12:44

mehkeme

Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə narkotik vasitələrin dövriyyəsində və qaçaqmalçılıqda təqsirləndirilən Səyalə Nağıyeva və Nisə Babayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Proses  mayın 1-də davam edəcək..

Qeyd edək ki,  Səyalə Nağıyeva və Nisə Babayeva 2017-ci ilin yanvarında Azərbaycan sərhəd məntəqəsindəhəbs ediliblər. Söylədiklərinə görə, qadınlar  psixotrop maddəni şəxsi istehlak məqsədilə Türkiyədən Azərbaycana keçirmək istəyiblər.

Hər iki qadın Cinayət Məcəlləinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham edilir.

Gülnaz Qənbərli

Gununsesi.info