Türkiyədən gələn silah dolu gəmi saxlanıldı

  • By admin
  • 24 May 2017 20:53

nigeriya-ordusu

 

Nigeriya Türkiyədən göndərildiyi bildirilən silah yüklü gəmini Laqos limanında saxlayıb.

Axar.az xəbər verir ki, Nigeriya Gömrük İdarəsinin sözçüsü Cozef Atta məsələ ilə bağlı açıqlamasında gəmidə çoxlu tüfəng, odlu silah materiallarının aşkarlandığını bildirib.

“Xüsusi xidmət orqanlarından aldığımız məlumatlar əsasında rəsmilər Laqosda bir gəmidə araşdırmalar aparıb. Araşdırma nəticəsində 440 pompalı tüfəng və odlu silah materialları ələ keçirildi”, – Atta bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı bir nəfər saxlanılıb, istintaq araşdırmaları aparılır.

 

Gununsesi.info