Türkiyədən Haşoqinin qatillərinin edamı qərarına münasibət

  • By admin
  • 23 Dekabr 2019 19:08

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanı məhkəməsinin jurnalist Camal Haşoqinin ölümündə günahkar bilinən 5 nəfər haqqında edam qərarına münasibət bildirib.

Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, XİN sözçüsü Hami Aksoy bu qərarın gözləntiləri doğrultmadığını açıqlayıb:

“Camal Haşoqi cinayəti haqqında Səudiyyə Ərəbistanda keçirilən məhkəmə tərəfindən bu gün verilən qərar həm ölkəmizin, həm də beynəlxalq cəmiyyətin bu cinayətin bütün detallarıyla aydınlaşması və ədalətin bərqərar olması istiqamətində gözləntilərinə cavab verməkdən uzaqdır”.

Xatırladaq ki, “The Washington Post” nəşrində çalışan jurnalist Camal Haşoqi 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyində öldürülüb. Jurnalistin cəsədi bugünədək tapılmayıb.

 

Gununsesi.org