
Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində İraqın şimalında PKK terror təşkilatının üzvü Hülya Mersen zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, “Peyman Bağok” kod adı ilə tanınan terrorçu Metin bölgəsində öldürülüb.
Türkiyə təhlükəsizlik güclərindəki mənbələrə görə, Mersen qruplaşmanın iyerarxiyasında qondarma məsul şəxs “vəzifəsini” tutub.
Onun Türkiyənin şimalında və İraqda türk təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror təşkilatı hücumlarında iştirak etdiyi müəyyən edilib.
Mersen 32 il ərzində RKK-nın “dağ dəstəsi”ndə qadınları terrorçuların sıralarına cəlb etmək üçün fəaliyyətlər həyata keçirib.
Gununsesi.info