
Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının rəhbərlərindən birini saxlayıblar.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, saxlanılan şəxs iki il öncə məhv edilən İŞİD-in rəhbəri Əbu Bəkr Əl-Bağdadinin “sağ əli” olub.
Bildirilir ki, terrorçunun saxlanılması üzrə əməliyyat İstanbulda polislər və Milli Kəşfiyyat Təşkilatının əməkdaşları tərəfindən keçirilib.
Gununsesi.info