Türkiyədən möhtəşəm qələbə - VİDEO

  • By admin
  • 22 İyun 2016 09:50

turkiye

 

HTML tutorial

“Avro-2016″da daha iki oyun yekunlaşıb. Gununsesi.info xəbər verir ki, bu dəfə D qrupunda Çexiya və Türkiyə yığmaları üz-üzə gəlib. Türkiyə millisi Avropa Çempionatının qrup mərhələsindəki son oyununda hesabı 10-cu dəqiqədə açıb. Belə ki, Burak Yılmaz Çexiya  komandasının qapısına yol taparaq Türkiyəni hesabda önə çıxarıb. Oyunun 65-ci dəqiqəsində isə Ozan Tufan ikinci qolu Çexiya yığmasının qapısına vurub. .

Bu məğlubiyyətlə Çexiya “Avro-2016” ilə vidalaşıb. İndi Türkiyənin növbəti mərhələyə çıxmaq şansı digər qruplardakı oyunlardan asılıdır.
Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirib.  Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edəcəkdi. Lakin xorvatlar güclü rəqibinə qalib gələrək (2:1) qrup liderliyinə yüksəlib.

Türkiyənin ən yaxşı 3-cü yeri tutan komandalardan biri kimi növbəti mərhələyə çıxması üçün bu gün Belçika İsveçə, İtaliya isə İrlandiyaya qalib gəlməlidi.

Gununsesi.info