Türkiyədən Naxçıvana indi də hərbi helikopterlər gətirildi – VİDEO

Xəbər verdiyimiz kimi Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Bu məqsədlə təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Gununsesi.info xəbər verir ki, bu gün  Türkiyə hərbi hava hücumu qüvvələrinə məxsus təyyarə və helikopterlər Naxçıvana gətirilib.

Gununsesi.info