Türkiyədən PKK-ya ağır zərbə: Daha 26 terrorçu məhv edildi – VİDEO

  • By admin
  • 25 Dekabr 2023 13:03
türkiyə təyyarə

23 dekabr 2023-cü ildə İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında ən azı 26 terrorçu zərərsizləşdirilib.

Gununsesi.info bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada dekabrın 23-də İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatı keçirildiyi xatırladılıb.

Bu çərçivədə daha 26 terrorçunun zərərsizləşdirildiyi və hava əməliyyatlarının nəticələri ilə bağlı hədəf qiymətləndirmə işlərinin davam etdiyi bildirilib.

Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​dünən verdiyi açıqlamada 30 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

https://twitter.com/tcsavunma/status/1739177879991210136?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1739177879991210136%7Ctwgr%5Ed55568eb98041c9ede75a4f64c3dcfca76e33477%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.haber7.com%2Fguncel%2Fhaber%2F3377783-msb-26-terorist-etkisiz-hale-getirildi

Gununsesi.info