Türkiyə bu cinayəti işıqlandıracaq. Heç şübhəniz olmasın.
Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş sui-qəsdə qurban gedən rus səfir Andrey Karlovun həyat yoldaşı Marina Karkova müraciətində bildirib.
Rusiya səfirliyini ziyarət edən Türkeş Marina Karkova başsağlığı verib: “Terrorçuların məqsədlərinə çatmalarına icazə verməyəcəyik. Karlov Türkiyəyə gəldiyi gündən iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirmək üçün çalışdı”, – Türkeş qeyd edib.
Gununsesi.info