Türkiyədən Rusiyanın taxıl sazişindən çıxmasına REAKSİYA

  • By admin
  • 30 Oktyabr 2022 19:36

Türkiyənin Milli Müdafiə Nazirliyi Rusiyanın İstanbulda imzalanan taxıl müqaviləsindən çıxmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Nazirlik Rusiyanın taxıl sazişində iştirakını müvəqqəti olaraq dayandırdığı barədə Türkiyəyə məlumat verib.

Açıqlamada bildirilir ki, İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzində çalışan rusiyalı heyət hələ də Türkiyədədir və vəziyyətin tam olaraq həll olunana qədər Ukrayna limanlarından çıxan gəmilərin taxıl koridoru üzrə hərəkəti dayandırılacaq, eyni zamanda İstanbul ətrafında gözləyən taxıl gəmilərinin yoxlanılması bu gün və sabah davam edəcək.

Nazirlik qeyd edib ki, Türkiyə tərəfi danışıqların davam etdirilməsinin və mənfi təsir göstərəcək hər hansı təxribatın qarşısının alınmasının tərəfdarıdır.

“Türkiyə Cümhuriyyəti indiyə qədər olduğu kimi bölgədə sülhün və humanitar yardımın təmin edilməsində üzərinə düşəni etməyə davam edəcək”, – bəyanatda deyilir.

Gununsesi.info