Türkiyədən Rusiyaya : “Biz dostlarımızın sayının artırılmasında maraqlıyıq”

  • By admin
  • 15 İyun 2016 15:00

numan kurtulmush

 

Ankara ilə Moskva arasında münasibətlərin normallaşdırılamsı istiqamətində işlər görülür. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinə ünvanladığı təbrik məktubu Ankaranın Moskva ilə münasibətlərinin normallaşdırılması istiqamətində iradəsinin göztəricisidir. Gununsesi.info TRT-yə istinadən xəbər verir ki, belə bir bəyantla Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş çıxış edib. Baş nazirin müavini ümidvar olduğunu deyib ki, Türkiyə prezidenti və baş nazirinin Rusiya prezidenti və baş nazirinə “Rusiya Günü” ilə bağlı ünvanladığı təbrik məktubları iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət nəticələrə səbəb olacaq. “Allahdan arzu edək ki, qısa zamanda ölkələr arasındakı anlaşılmazlıq aradan qalxsın” – , deyə N.Kurtulmuş vurğulayıb.

Kurtulmuş bu müracitələrin cavabsız qalmayacağını və Moskvanın münasibətlərin normallaşrıdılması ilə bağlı müsbət siqnalın veriləcəyinə ümidvar olduğunu qeyd edib.

İsviçre'nin Davos kasabasında düzenlenen Dünya Ekonomik Forumu kapcamında Dünya Ticaret Örgütü (DTÖ) Gayrı Resmi Bakanlar Toplantısı'na katılan Ekonomi Bakanı Nihat Zeybekci, AA muhabirine açıklamalarda bulundu (Dursun Aydemir - Anadolu Ajansı)Türkiyə Rusiya münasibətlərinin normallaşdırılması məsləsinə aydınlıq gətirən İqtisadiyyat naziri Nihat Zeybəkçi isə Rusiya ilə fikir ayrılığının aradan qaldırılmasının vacibliyini qeyd edib. “Bu fikirayrılığının aradan qaldırılması həm Rusiyanın, həm də Türkiyənin xeyrinədir. Türkiyə Rusiya ilə münasibətlərin normallaşdırması istiqamətində əlindən gələni edir. Biz dostlarımızın sayının artırılmasında maraqlıyıq”, -nazir vurğulayıb. N. Zeybəkçi onu da deyib ki, iki ölkə arasında soyuq münasibətlər uzun müddət davam edə bilməz: “Məm münasibətlərin qısa zamanda normallaşdırlmasına optimist yanaşıram və yaxın gələcəkdə bu istiqamətdə müsbət addımların olacağına inanıram. Hazırda tərəflər münasibətlərin normallaşdırılamsı istiqamətində addımlar atılır”.