Türkiyədən vətəndaşlarına ABŞ xəbərdarlığı

  • By admin
  • 13 Noyabr 2016 12:16

t

 

Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Birləşmiş Ştatlara səfər zamanı ehtiyatlı olmağa çağırıb.

Report xəbər verir ki, xarici siyasət idarəsinin məlumatına görə, burada söhbət, xüsusilə Nyu-York, Çikaqo, Filadelfiya, Mayami, Los-Anceles, Sietl, Oklend və Portlend kimi iri şəhərlərdən gedir.

ABŞ-da Donald Trampın qələbəsi ilə yekunlaşan prezident seçkilərindən sonra etiraz aksiyaları davam edir.

“İnsidentlər və sosial gərginlikdən irəli gələn risklərlə əlaqədar olaraq, ABŞ-da yaşayan, həmçinin bu ölkəyə səfər etməyi planlaşdıran Türkiyə vətəndaşları xüsusilə ehtiyatlı olmalıdırlar”, – deyə XİN-in yaydığı xəbərdarlıq mətnində bildirilir.

Gununsesi.info