Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi xüsusi əməliyyat nəticəsində Suriyanın şimalındakı Kamışlı bölgəsində PKK terror təşkilatının üzvü Müzdelif Taşkın zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, zərərsizləşdirilən terrorçu 2007-ci ildə Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Dağlıç bölgəsində terror aktının təşkilində iştirak edib. Hücum nəticəsində 12 türk əsgəri şəhid olub, 16-sı yaralanıb.
Qrupun “ierarxiyasında” Müzdelif Taşkın “Suriyada ictimai asayişdən məsul olan yüksək vəzifəli şəxs” kimi fəaliyyət göstərib.
Türkiyə təhlükəsizlik güclərindəki mənbələrdən verilən məlumata görə, MİT-in həyata keçirdiyi tədbirlər nəticəsində onun İraqdan Suriyaya keçdiyi müəyyən edilib.
Bundan sonra Kamışlı-Amud avtomobil yolunda məqsədyönlü əməliyyatın keçirilməsi qərara alınıb və bu əməliyyat zamanı terrorçu məhv edilib.
“Aslan Çele/Aslan Samura” kod adı ilə tanınan yaraqlı 1988-ci ildə PKK-ya qoşulub. Türkiyə və İraqın bir sıra bölgələrində fəaliyyət göstərir.
O, 2010-cu ildə İraqın şimalındakı Zap əyalətində qruplaşmanın liderlərindən biri olub. PKK-ya yeni qoşulan silahlılara hərbi və ideoloji təlimlər verib. O, Türkiyə Silahlı Qüvvələrinin “Sülh mənbəyi” antiterror əməliyyatı başlamazdan bir müddət əvvəl Suriyaya keçib.
Səid Əhmədli
Gununsesi.info