Türkiyədən Yunanıstana gedən qayıq çevrilib, 16 nəfər ölüb

Türkiyədən Yunanıstana gedən qayıq çevrilib, 16 nəfər ölüb


Yunanıstanın Egey dənizi sahillərində qayığın çevrilməsi nəticəsində azı 16 miqrant ölüb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Türkiyədən Yunanıstana gedən qayıqda ümumilikdə 20-yə yaxın şəxs olub. Ölənlərin meyitləri Yunanıstanın Aqatonisi adası sahillərində aşkar edilib.

Bildirilir ki, ölənlər arasında 6 uşaq və bir neçə qadın var. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Gununsesi.info

COMMENTS