Türkiyədən Yunanıstana qaçan əsgərlərlə bağlı yeni xəbər

  • By admin
  • 28 Dekabr 2016 23:02

yunanistan

 

Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 nəfərlə bağlı yeni xəbər var.

Axar.az xəbər verir ki, 8 əsgərin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı Yunanıstanın Ali Məhkəməsinə edilən etiraz müraciətlərinə 10, 11 və 13 yanvarda baxılacaq.

Qeyd edək ki, daha öncə Yunanıstan məhkəməsi 8 əsgərdən 3-nün Türkiyəyə ekstradisiya edilməsi barədə qərar versə də, 5-nin qaytarılmasını rədd etmişdi. Məsələ ilə bağlı həm Türkiyə hökuməti, həm də geri qaytarılacaq 3 əsgər məhkəməyə etiraz müraciəti edib.

Gununsesi.info