
Türkiyənin tanınmış aktyoru Dursun Ali Sarıoğlu dünyasını dəyişib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, teatr, kino və seriallarda tamaşaçıların qarşısına çıxan aktyorun ürək tutmasından öldüyü bildirilir.
81 yaşlı Sarıoğlu natamam təhsil almasına baxmayaraq, çox istedadlı olub. 10 yaşından təhsilini yarımçıq qoyan aktyor maddi sıxıntılar ucbatından bir çox yerdə çalışıb. 1960-cı illərdə tamaşalarda, 1982-ci ildən sonra isə film və seriallarda oynayıb.
O, “En Son Babalar Duyar”, “Aşkım Aşkım”, “Nazlı Yarim”, “Kurtlar Vadisi Pusu”, “Kabadayı”, “Çiçek taksi” və digər məşhur kimi seriallara çəkilib.
Gununsesi.info