
İş üçün getdiyi Qazaxıstanda 7 bal gücündə zəlzələyə yaxalanan və saatlarla xəbər alınmadığı iddia edilən türkiyəli aktyor Tolqahan Sayışman sosial media hesabından açıqlama verib.
Gununsesi.info xəbər verir ki, Tolqahan Sayışman “İnstaqram” hesabında paylaşımlar edib. “Heç bir problem yoxdur. Allaha şükür ki, ən təhlükəsiz yerdəyəm”, – deyə o qeyd edib.
Türkiyəyə qayıdarkən xəbəri təyyarənin salonundan paylaşım edən aktyor “Evə dönmək vaxtıdır” deyib.
2017-ci ildə Almeda Abazi ilə ailə quran Tolgahan Sayışmanın Efehan və Alina adlı iki övladı var.
Gununsesi.info