Türkiyəli deputat oğlu ilə avtomobil qəzasına düşdü

  • By admin
  • 09 İyun 2023 09:03

Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehirlioğlu avtomobil qəzasına düşüb.

Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində o və oğlu yaralanıb.

Bildirilib ki, onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, son parlament seçkilərində B. Yenişehirlioğlu Manisa şəhərindən millət vəkili seçilib.

Gununsesi.info