Türkiyəli deputatlar Azərbaycana niyə gəlir?

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyəti Azərbaycana səfər edəcək.  AKP sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuşun rəhbərlik edəcəyi nümayəndə heyətində Bursadan seçilən millət vəkili Efkan Ala, partiyanın Qadınlar təşkilatının rəhbəri, Düzcə bölgəsini təmsil edən millət vəkili Ayşe Keşir, AKP-nin Gənclik şöbəsinin sədri Kadir İnan və ümumilikdə 20 nəfər təmsil olunacaq.

Gununsesi.info xəbər verir ki,bu barədəModern.az-a açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, AKP-nin İstanbul millət vəkili Şamil Ayrım deyib.

HTML tutorial

Onun sözlərinə görə, səfər üç günlük nəzərdə tutulub.

“Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın göstərişlərinə uyğun olaraq, AKP ilə Yeni Azərbaycan Partiyası (YAP) arasındakı münasibətləri yaxşılaşdırmaq üçün ikinci səfər reallaşacaq. Daha öncə YAP-ın bir qrup millət vəkili Türkiyədə olmuşdu.

Bundan başqa, müzakirə olunacaq məsələlər sırasında Şuşa Bəyannaməsi əsas yer tutacaq. Bu bəyannamədən ortaya çıxan işbirlikləri üzərində çalışmalar aparılacaq. Daha sonra YAP sədrinin I müavini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüş keçiriləcək”, – deyə Şamil Ayrım vurğulayıb.

Qeyd edək ki, AKP nümayəndə heyətinin səfəri iyulun 25-dən 28-ə qədər davam edəcək.

Gununsesi.info