Türkiyəli hərbi qulluqçular Gəncədə olub

  • By admin
  • 08 İyul 2017 19:53

8956b549d642f8d2c3cdbf6a752ea72f
Türkiyənin ehtiyatda olan bir qrup zabit heyəti və onların ailə üzvləri Gəncə şəhərində olub.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Proqrama uyğun olaraq qonaqlar Heydər Əliyev adına park-kompleksdəki Mərkəzdə Heydər Əliyevin böyük dövlətçilik fəaliyyəti, həyat yolu haqqında məlumatlar əldə edib, əlaqələrimizin inkişaf etdirilməsində dahi şəxsiyyətin misilsiz xidmətləri diqqətə çatdırılıb.

Qonaqlar Gəncə şəhərinin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənəti haqqında məlumatlandırılıb, Xan Bağını, Şah Abbas məscidini, Tarix Diyarşünaslıq muzeyini, Nizami Gəncəvinin məqbərəsini və digər yerləri ziyarət edərək mədəniyyətimizlə yaxından tanış olublar.

Göygöl rayonuna gələn qonaqlar Dövlət Təbiət Qoruğunu və Milli Parkı gəzib, Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı və Xalq artisti Azərinin iştirakı ilə keçirilən konsert proqramında iştirak ediblər.

Türkiyəli qonaqların Azərbaycana səfəri davam edir.

Gununsesi.info