Türkiyəli müğənni-aktyor Yavuz Bingöl beşinci dəfə evlənməyə hazırlaşır.
Gununsesi.info axşam.az-a istinadən bildirir ki, sənətçi özündən 21 yaş kiçik olan memar nişanlısı Nilşah Ağaoğlu ilə nikah masasına oturacaq.
6 ildir münasibətdə olan cütlük oktyabrın 25-də Ayvalıkda toy edəcək.
Yavuz Bingölün nikah şahidi yaxın dostu Oktay Kaynarca, Nilşah Ağaoğlunun şahidi isə müğənni Elif Buse Doğan olacaq.
Gununsesi.info