Türkiyəli məşhur dağıntılar altında qaldı -FOTO

Hatayda yaşayan sosial media fenomeni Taha Duymaz ailəsi ilə birlikdə dağıntılar altında qalıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə fenomenin bacısı Semiha Duymaz instaqramda məlumat yayıb. O, ailəsinin dağıntılardan xilas olması üçün hər kəsdən yardım istəyib.

HTML tutorial

“Bacım Melek, Taha, Umut, xalam və xalamın həyat yoldaşı dağıntılar altındadır. Xahiş edirəm, heç kimin baxmadığı əraziyə kömək edin. Hatay Antakya Betonsan Bedisabuncu Məktəbi ilə üzbəüzdür. Taha dağıntılar altındadır”, – o bildirib.

Gununsesi.info