
Məşhur türkiyəli aktyor və aparıcı Vatan Şaşmaz İstanbulda hotellərdən birində ölü tapılıb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polislər otaqda V.Şaşmazın və model Filiz Akerin meyitini aşkarlayıblar.
İlkin versiyaya əsasən, Filiz Aker əvvəl odlu silahdan atəş açaraq V.Şaşmazı öldürüb, sonra isə intihar edib.
Hoteldə nömrənin F. Akerin adına rezervasiya olunduğu, təhlükəsizlik kameralarından heç kimin otağa daxil olmadığı məlum olub. Hadisə yerində istintaq qrupu işləyir.
Gununsesi.info