Türkiyəli müğənni Bakıda Rəşid Behbudovun mahnısını oxudu - VİDEO

Türkiyəli məşhur müğənni Kıraç Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Gununsesi.info xəbər verir ki, Kıraç konsertin əvvəlində təəssüratlarını bölüşüb.

HTML tutorial

“Çox həyəcanlıyam. Tarixi salonda konsert verməkdən çox xoşbəxtəm”, – bildirib.

İfaçı Rəşid Behbudovun ifa etdiyi “Sənə də qalmaz” mahnısını səsləndirib: “Uşaqlıq illərindən ən çox sevdiyim və dinlədiyim mahnını ifa edirəm. Bu mahnını ilk dəfə Bakıda oxuyuram”.

Konsert proqramında “Anadolu Events”in rəhbəri Eyyub Hüseynzadə ifaçıya xalça hədiyyə edib.

Gununsesi.info