
Sözləri Mehmet Ali Sezerə və ifası müğənni Gülə məxsus olan və 1995-ci ildə efirlərdə səslənən “Gecə kölgənin rahatına bax” mahnısı ətrafında yeni qalmaqal yaranıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, sözügedən mahnıya 2011-ci ildə İsrailli “Anna RF” qrupu tərəfindən yenidən klip çəkdirilib və o, bir müddət öncə “YOUTUBE”-dən yığışdırılıb.
Bu yaxınlarda isə Türkiyəli gənc müğənni Cağatay Akman Sezerdən icazə almaqla, həmin mahnıya yeni klip çəkdirib və qısa zaman ərzində də rekordlar qırmağa başlayıb.
Lakin onun bu sevinci uzun sürməyib, yəni, saxta hesab üzərindən edilən şikayətlə bağlı klip “YOUTUBE”-dən qaldırılıb.
Gənc müğənni isə mediaya açıqlamasında İsrailli qrupa heç bir iddiası olmadığını, eyni zamanda, mahnının haqqının Sezərə ödənildiyini deyib. Eyni zamanda, onun plagiat-oğurluq olmadığını vurğulayıb və son olaraq sözlərinə onu əlavə edib ki, ondan şikayət edənin kimliyini də öyrənə bilib.
KAMİL
Gununsesi.info












