Türkiyəli müğənniyə İranda qadağa –  fanatlar ayağa qalxdı

  • By admin
  • 09 May 2017 19:55

119697_eso4nqi6le

Türkiyəli müğənni İlyas Yalçıntaş 10 konsertlik turne üçün İrana gedib.

Gununsesi.info axsam.az-a istinadən xəbər verir ki, 4 ay əvvəl planlaşdırılan və bütün rəsmi icazələri alınan İ.Yalçıntaşın konsertləri son anda ləğv edilib.

Müğənni açıqlama verərək deyib:

“Bu gün üçün nəzərdə tutulan, biletləri günlər əvvəl satılıb bitən Ənzəli konsertimiz bütün rəsmi icazələrin alınmasına rəğmən ləğv edilib. Səbəb olaraq İranda yaxın zamanda keçiriləcək prezident seçkiləri göstərilib. İran dövləti təhlükəsizlik səbəbi ilə buna qərar verib”.

İranın rəsmi bilet saytında dünən axşama qədər İlyas Yalçıntaşın konsertinə satış olsa da, bu səhər satış dayandırılıb. Konsertin keçiriləcəyi yeri saatlar əvvəldən dolduran fanatlar isə tədbirin ləğvinə kədərləniblər. Onlar müğənninin olduğu otelin qarşısına gedərək hadisəyə etiraz ediblər.

Digər bütün konsertləri də ləğv edilən müğənni sabah İstanbula qayıdacaq.

Gununsesi.info