Türkiyəli nazir Avstriyanın baş nazirinə sərt cavab verdi

  • By admin
  • 05 Mart 2017 17:40

555

 

Türkiyənin AB naziri Ömər Çelik Avstriyanın Baş naziri Kristian Kernin Türk siyasətçilərə Avropa səviyyəsində kampaniya aparmaq qadağası qoyulması çağırışına Twitterdən sərt reaksiya göstərib. Çelik paylaşımında bunları yazıb: “AB irqçi, islamofobik və antisemit siyasətlər yürüdən bəzi üzv ölkələrin hökumətlərinə qarşı tədbir görməlidir. Fərdi Türkiyə əleyhdarlıqlarını Avropa səviyyəsində yaymaq istəyincə, ən təməl dəyərləri tapdalamaqdan çəkinmirlər”
Bir az əvvəl Avstriyanın Baş naziri Kern Türk siyasətçilərə Avropa səviyyəsində kampaniya aparmaq qadağası qoyulması çağırışı etmişdi. Kern Türkiyə ilə davam etdirilən AB müzakirələrinin bitirilməsini, AB uyğunlaşma qanunları çərçivəsində verilməsi nəzərdə tutulan 4,5 milyard avro yardımın ləğv edilməsini, ya da onun islahatların yerinə yetirilməsi üçün siyasi təzyiq vasitəsi olaraq istifadə edilməsini istəmişdi.
Baş nazirin bu sözlərinə Türkiyənin AB naziri Ömər Çelikdən çox sərt reaksiya gəldi. 10 bəndlik paylaşımında Çelik dünya ölkələrinə səslənərək bunları söylədi: “Avropadakı bəzi hökumətlərin davranışı demokratiyanı təhdid etməkdədir. Bu da təməl dəyərlərə düşmən olan ifrat sağ meylləri gücləndirməkdədir. Təməl dəyərləri bütün dünyada qorumağa çağırırıq. Bu dəyərlər irqçilərə, islamofobik və antisemit siyasətlərə təslim edilə bilməz”.

 

Gununsesi.info