Türkiyə nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan noyabrın 28-də Azərbaycana səfərə gələcək.
Bu barədə Gununsesi.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Səfərdə əsas məqsəd Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının Nəqliyyat nazirlərinin toplantısında iştirak etməkdir.
Toplantıda Türkdilli dövlətlərin nəqliyyat, tranzit və yükdaşımalar istiqamətində əməkdaşlığın inkişaf etdilməsi məsələsi müzakirə olunacaq.
Səfər çərçivəsində türkiyəli nazir Bakıda Azərbaycan rəsmiləri, həmçinin digər ölkələrin nəqliyyat sahəsinə rəhbərlik edən nümayəndə heyətinin rəhbərləri ilə görüş keçirəcək.
Görüşlərdə Türkiyə-Azərbaycan arasında nəqliyyat və tranzit yükdaşımalar,həmçinin həyata keçirilən loqistik layihələrin icrasını xüsusən də, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin qısa zamanda başa çatdırılması ətrafında müzakirələr aparılacaq.
Mürtəza Bünyadlı
Gununsesi.info