Türkiyəli siyasətçi: “Avropa ölkələri terrorçuluqla mübarizədə səmimi deyillər”

  • By admin
  • 08 İyun 2016 23:39

kalin

Avropa ölkələri terrorçuluqla mübarizədə səmimi deyillər.

Gununsesi.info-nun məlumata görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Avropa ölkələri sadəcə təəssüflərini bildirmək əvəzinə, terrorçuluqla mübarizədə Türkiyəyə real dəstək verməlidir: “Türkiyədəki son hadisələr göstərdi ki, Ankara terrorçulara güzəştə getməməlidir”.

Qeyd edək ki, dünən və bu gün Türkiyədə törədilmiş iki terror aktında ümumilikdə 15 nəfər ölüb, təxminən 80 nəfər yaralanıb.   (Trend)