Türkiyəli tanınmış futbol çalışdırıcısı Azərbaycan yolunda – Danışıqlar başlandı

  • By arzu
  • 11 Fevral 2020 17:09

“Beşiktaş”ın keçmiş baş məşqçisi Abdullah Avcı karyerasını Azərbaycanda davam etdirə bilər.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyət” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, AFFA Abdullah Avcı ilə dünən görüş keçirib. Federasiya rəhbərliyi 56 yaşlı mütəxəssisi milli komandamızın başına gətirmək istəyir. Avcı isə hələlik təklifi qəbul etməyib. Onun yaxın günlərdə qərar verəcəyi bildirilir.

Abdullah Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb. O, 2011-13- cü illərdə Türkiyə millisini çalışdırıb.

Gununsesi.org