Türkiyəli xilasedicilər Qəzzaya giriş icazəsini gözləyir

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Qurumunun (AFAD) 81 nəfərlik komandası hazırda Misir sərhədindədir və İsrailin Qəzzaya daxil olmağa icazə verməsini gözləyir.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Komanda həyat aşkar edən cihazlar və axtarış itləri ilə təchiz olunub. Onların missiyası dağıntılar altında qalan cəsədləri, o cümlədən israilli və fələstinli girovların qalıqlarını tapmaqdır.

AFP-yə açıqlama verən Türkiyə rəsmisi bildirib ki, İsrail əvvəlcə Qətər komandasına üstünlük verib, lakin AFAD heyətinin yaxın günlərdə Qəzzaya buraxılacağı gözlənilir.

 

 

Gununsesi.info