“Türkiyəni Avropada görmək istəmirlər” - Peskov

“Ankara çəhrayı eynək taxmamalıdır, avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir”.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Türkiyə tarixində “sıx qərbyönümlü” dövrlər olub, lakin heç kim bu ölkəni Avropada görmək istəmir”, – o deyib.

Türkiyənin İsveçin NATO-ya üzv olmasını dəstəkləməsindən danışan Kremlin nümayəndəsi xatırladıb ki, Türkiyə bu hərbi blokun üzvüdür və öhdəlikləri var: “Bu baxımdan heç vaxt çəhrayı eynək taxmamışıq. Yəqin ki, elə belə də davranırıq, bu baxımdan hər şeyi mükəmməl başa düşürük”.

“Rusiya və Türkiyənin fikir ayrılıqları var və Kreml onları gizlətmir, amma münasibətlərin hər iki ölkənin maraqlarına “tamamilə uyğun” olan hissəsi də var”, – Peskov əlavə edib.

 

Gununsesi.info