Türkiyəni bu dəfə sel vurdu - Azı 27 nəfər ölüb/ FOTO

  • By admin
  • 14 Avqust 2021 02:03

Sel onlarla avtomobili, küçələrdə qarşısına çıxan hər şeyi yuyaraq aparıb, yollar və körpüləri dağıdıb, onlarla kənd işıqsız qalıb.Təbii fəlakət zonalarından indiyədək 1700 nəfərdən çox adam çıxarılıb.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Racep Tayyip Erdoğan daşqından ziyan dəymiş ölkənin şimal regionlarını təbii fəlakət zonası elan edib.

HTML tutorial

Reüters agentliyinin avqustun 13-də verdiyi məlumata görə, Qara dəniz sahilləri boyunca baş verən son daşqınlarda ölənlərin sayı artıq 27 nəfərə çatıb.

Ötən ay da bu bölgədə baş verən daşqınlar ciddi fəsadlar törətmişdi.

Prezident Erdogan ən cox ziyan dəymiş regionlardan olan Kastamonu sakinləri ilə danışıb. Təkcə Kastamonuda 25 adam ölüb.

Həmçinin Fövqəladə Hallar Xidməti Sinopda 2 nəfərin öldüyünü xəbər berir.

Sel onlarla avtomobili, küçələrdə qarşısına çıxan hər şeyi yuyaraq aparıb, yollar və körpüləri dağıdıb, onlarla kənd işıqsız qalıb.

Təbii fəlakət zonalarından indiyədək 1700 nəfərdən çox adam çıxarılıb.Xilasedici əməliyyatlarda helikopterlər və katerlərdən istifadə olunur.

Bu arada hakimiyyət, artıq 2 həftədir ki, ölkənin cənubunda tüğyan edən yanğınların nəzarətə götürüldüyünü xəbər verir.

Türkiyə hakimiyyəti yanğn və daşqından zərər çəkmiş vətəndaşların hamısına kompensasiya ödəniləcəyini, dəymiş ziyanın aradan qaldırılacağını vəd edib.