
Türkiyənin Konya şəhərində yaşayan Yusuf Söyləməz adlı şəxsin canavar balalarına verdiyi işgəncənin görüntülərini izləyənlərin kəskin etirazına səbəb olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, canavar balalarının əvvəl qulaqlarını kəsən Y.Söyləməz daha sonra onları öldürüb.
Belə ki, 20 günlük canavar balalarının qulaqlarını kəsməklə ürəyi soyumayan Y.Söyləməz daha sonra onların başlarını əzərək, itlərə parçalatdırıb.
Qeyd edək ki, canavar balalarının qulaqlarını kəsilməsi anını mobil telefonla çəkən Y.Söyləməzin dostu isə onu daha da qızışdırıb: “Canavar balalarının qulaqlarını kəs ki, anaları gəlsin, silahla vuraq”.
Bundan hiddətlənən sosial şəbəkə istifadəçiləri Türkiyənin meşə və su təsərrüfatı naziri Veysel Eroğludan məsələnin araşdırılmasını tələb edirlər.
https://www.youtube.com/watch?v=8elbIeR296I&feature=youtu.be
Anar
Gununsesi.info